Meyvecilik - Baglarda movsumun sonunda xestelik ve zerervericilere qarsi infeksiya menbeyi olan tokulmus yarpaqlar mehv edilmeli, cergearalari becerilmelidir.Bitkicilik - Dondurma sumu torpagin munbitliyini artirir.Yonca altina ne kicik, ne de ki, boyuk normalarda azot gubresinin tetbiqi meqsede uygun deyil.Terevezcilik - Istixanalarda novbeti ekin movsumu baslayir ve sitilin payiz ekini heyata kecirilir.
FermerINFO
Layihə haqqında

Haqqımızda

Missiyamız

 

Bizim əsas missiyamız kənd təsərrüfatı məhsullarının istehsalçıları, istehlakçıları və istehsal vasitələrinin təchizatçıları arasında qarşılıqlı münasibətlərin yaradılması və onların biznes əlaqələrinin yaxşılaşdırılmasıdır.

Hədəfimiz

Fermerlərin, emal müəssisələrinin məhsullarının satılmasına imkan yaratmaq, onların alıcılarla dayanıqlı əlaqələrini qurmaq, fermerlərə məhsullarının reklam işində kömək etmək, məhsul istehsalçıları ilə təchizatçılar arasında biznes əlaqələri yaratmaq və digər bu kimi fəaliyyətlərlə aqrar bazarın inkişafına təkan verməkdir.

Öhdəliklərimiz

- Bizim fəaliyyətlərimiz fermerdən istehlakçıya, təsərrüfatdan bazara qədər olan qida və kənd təsərrüfatı məhsullarının istehsalı, emalı, marketinqi daxil olmaqla bütün mərhələləri əhatə edir.

- Bizim ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən iri və orta sahibkarlıq subyektləri ilə əlaqələrimiz vardır və onlara fermerlərin bir başa çıxışını təmin edirik

- Biz fermerlərə bazar araşdırmalarının aparılmasında dəstək göstəririk. Portalda region bazarlarında həftə ərzində k/t məhsullarının topdan və pərakəndə satış qiymətləri haqqında məlumatlar veririk.

- Biz istehsalçılara məhsulun saxlanması, qablaşdırılması, reklam işinin təşkili və ixracla bağlı sənədləşdirmə və s. bu kimi işlərdə informasiya-məsləhət xidmətləri göstəririk.

Aqromarket.az portalı Gəncə Aqrobiznes Assosiasiyası (GABA) tərəfindən yaradılmışdır. GABA-nın əsas missiyası insan resurslarının inkişaf etdirilməsi, bilik və bacarıqların ötürülməsi yolu ilə ölkənin aqrar sektorunun davamlı inkişafına dəstək verməkdən ibarətdir. GABA fəaliyyəti dövründə yerli idarəetmə orqanları və çoxsaylı beynəlxalq təşkilatlar və fondlarla əməkdaşlıq edərək Azərbaycanda aqrar sektorunun inkişafına yetərli töhfələr vermişdir.

Xidmətlərimiz:

 

 

Aqromarket.az portalı olaraq biz aşağıdakı xidmətləri göstəririk:

 

- Portalda əsas etibarilə kənd təsərrüfatı istehsalçılarının məhsullarının növləri, həcmi və məhsulun yerləşdiyi ünvan barədə məlumatlar yerləşdirilirə bilər

- Portalda topdan və parakəndə alıcıların, ixracatçıların sifarişləri haqqında məlumatlar yerləşdirilə bilər

- Portalda istehsal vasitələri üzrə təchizatçılar (gübrə, bitki dərmanları (pestisidlər), toxum, istixana konstruksiyaları, k/t maşınları, damazlıq cins heyvan, arı ailələri və s. ) öz xidmətləri haqqında elanlar yerləşdirə bilərlər

Portaldan necə istifadə etmək olar?

Hər bir istehsalçı veb portaldan istifadə üçün ona verilən istifadəçi adı və şifrəsi əsasında öz məhsulları və sifarişləri haqqında məlumatı yerləşdirmək imkanı əldə edir.

Aqromarket.az portalı hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə GABA tərəfindən həyata keçirilən “Ağıllı Fermer Təsərrüfatı” layihəsi çərçivəsində dəstəklənir.

Yeni elan